İspaniyanın Baş naziri Pedro Sançes İrəvana gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Sançesi Zvartnots hava limanında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Makron 3-5 mayda Ermənistanda olacaq: Paşinyanla görüşəcək
Bildirilib ki, Sançesin mayın 3-də İrəvana gəlməsi planlaşdırılsa da, texniki problemlər səbəbindən təyyarəsi Ankarada təcili eniş edib.

Qeyd olunub ki, mayın 4-də İrəvanda “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” devizi altında 8-ci Avropa Siyasi Birliyi Zirvə Görüşü keçirilir.
Məlumata görə, Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada baş tutub. Sonrakı görüşlər Kişinyov, Qranada, Oksfordşir, Budapeşt, Tirana və Kopenhagen şəhərlərində keçirilib.
Bildirilib ki, Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bir araya gətirən və qitədə təhlükəsizlik, sabitlik və rifahın gücləndirilməsinə yönəlmiş siyasi platformadır.