Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
10.08.2024 18:05
Aa
dəq

Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 3565,9 milyon manat olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3298,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 92,5 faizini təşkil edib.

Bu ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 233,0 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Həftənin ən çox oxunanları