Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İstanbulda sərnişin avtobusu qəzaya uğradı: 12 yaralı var

1 dəq
Paylaş:
İstanbulda sərnişin avtobusu qəzaya uğradı: 12 yaralı var

Türkiyənin İstanbul şəhərində, TEM yolunun "O-3 Hal-Otogar" yol ayrımında ciddi yol- hadisəsi qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” “TRT Haber”ə istinadən xəbər verir ki, avtobus Edirne istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneələrə çırpılıb və nəticədə aşıb.

Qəza barədə məlumat daxil olan kimi əraziyə dərhal təcili yardım, yanğınsöndürmə və polis qüvvələri cəlb olunub.

Hadisə nəticəsində vasitəsində olan 12 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobusda sıxılıb qalan yaralılar xilasedicilərin və vətəndaşların köməyi ilə təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax