Paşinyanın fraksiyası: Azərbaycanla mümkün sülh müqaviləsinin ratifikasiyası uzun sürəcək

Paşinyanın fraksiyası: Azərbaycanla mümkün sülh müqaviləsinin ratifikasiyası uzun sürəcək
26.05.2023 15:34
Aa
dəq

Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin ratifikasiyası uzunsürən proses olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinq zamanı bildirib.

Vardanyan qeyd edib ki, rəsmi İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilənin imzalanması prosesinə toxunan erməni deputat deyib: “Müqavilə hökumət tərəfindən təsdiqlənməli, sonra Konstitusiya Məhkəməsi müqavilənin Ermənistanın ali qanununa (red. – konstitusiyaya) uyğunluğunu yoxlamalı, bunun ardınca sənəd parlamentdə ratifikasiya olunmalıdır ki, ən sonda prezident onu imzalayacaq”, - Vardanyan vurğulayıb.

O həmçinin əlavə edib ki, Azərbaycanda da eyni proses həyata keçirilməlidir və bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu