Operativ Məlumat Mərkəzi

“Paşinyanın danışıqlar prosesindən imtina etməsini, təxribat kimi qiymətləndiririk” - AÇIQLAMA

3 dəq
Paylaş:
“Paşinyanın danışıqlar prosesindən imtina etməsini, təxribat kimi qiymətləndiririk” - AÇIQLAMA
Çox təəssüfər olsun ki, Ermənistan növbəti dəfə sülh prosesindən kənarda qalmaq yolunu seçir və prosesləri sürətləndirmək əvəzinə Prezident İlham...

Çox təəssüfər olsun ki, Ermənistan növbəti dəfə sülh prosesindən kənarda qalmaq yolunu seçir və prosesləri sürətləndirmək əvəzinə Prezident İlham Əliyevlə görüşdən imtina etməklə, bir növ bu prosesləri yarımçıq saxlamış olur.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

“Heç kəsə sirr deyil ki, Azərbaycan sülhün əldə olunması üçün şərtlərini açıq şəkildə dilə gətirib və Ermənistan da bu şərtləri yerinə yetirməklə əlaqədar müxtəlif manipulyasiyalar edir. Bu gün də Azərbaycan ərazisinə iddialarından əl çəkməyi isbat etmək üçün konstitusiyalarında dəyişiklik etmək prosesində ləngitmək istəyirlər”.

Faktiki olaraq Ermənistan sülhün əldə olunmasını istəyirsə, həm konstitusiyalarına dəyişiklik etməlidilər, referenduma getməlidir, həm də kommunikasiyaların açılması məsələsinin real həlli ilə əlaqədar ilk növbədə Zəngəzur dəhlizinin Azərbaycanın istifadəsinə verilməsini təmin etməlidir və Azərbaycanla yaxın sülhün əldə olunması üçün Azərbaycanın şərtlərinə uyğun sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirməlidir.

“Çox təəssüflər olsun ki, Paşinyan növbəti dəfə bu prosesləri ləngidir və bu ləngitmə də vaxt udmaqdır”, - deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan istəyir ki, ABŞ-də baş tutacaq prezident seçkilərinə qədər bu prosesi ləngitsin və yaxud da özlərinə xeyir edəcək şəkildə bu proseslər irəliləsin. Təbii ki, bu da Azərbaycanın istəklərinə ziddir. Bu baxımdan da, biz Paşinyanın danışıqlar prosesindən imtina etməsini, sülhə zərbə və növbəti təxribat kimi qiymətləndiririk.

“İnanıram ki, Ermənistan etdiyi bu səhvin nəticələrini də ölçüb-biçib hesablayıbdır. Artıq dünya ictimaiyyəti də görür ki, Avropada, Londonda bu görüşdən imtina etmək, nəticə etibarilə Ermənistanın əsl simasını ortaya çıxarmış oldu”, - deyə Naqif Həmzəyev vurğulayıb.

"Azərbaycan isə açıq formada ən çox sülhün əldə olunmasını istəyən, sülh üçün bütün mümkün alətləri işə salan tərəfdir və biz bunu dəfələrlə sübut etmişik. Bu gün də bu, bir daha sübut olundu".

Deputat ümid edərək bildirib ki, bəlkə də Paşinyan öz səhvini anlayacaq, öhdəliklərini yerinə yetirməyi qəbul edəcək və sülh danışığı əvvəlki yerdən davam etdiriləcəkdir.

Aminə Nəzərova

Naqif Həmzəyev: Səfirliyimizə qarşı terror İranın Azərbaycan reallıqlarını qəbul etməməsi ilə əlaqədardır - Yeni Gəncə

Bu xəbəri paylaş

Oxşar xəbərlər