Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması respublikanın bu strukturun işində iştirakını dondurduqdan sonra növbəti addım olardı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında deyib.
"Növbəti məntiqi addım Ermənistanın KTMT-dən çıxması olacaq", - hökumət başçısı bildirib.
Eyni zamanda, o, bu qərarın nə vaxt veriləcəyinə respublika orqanlarının qərar verməli olduğunu vurğulayıb.
Ölkə bir ay, bir il, hətta üç il ərzində sözügedən quruma üzvlükdən imtina edə bilər.