Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: İrəvan üzvlük naminə Aİ-ni "şantaj etməyəcək"

2 dəq
Paylaş:
Paşinyan: İrəvan üzvlük naminə Aİ-ni "şantaj etməyəcək"

Avropa İttifaqına (Aİ) barədə qərardan asılı olmayaraq avrointeqrasiya kursundan qazanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Nikol Ermənistan-Aİ Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşündə bəyan edib.

Onun sözlərinə görə, İrəvan Aİ ilə yaxınlaşma prosesində təzyiq və ya "şantaj" tətbiq etmək niyyətində deyil. "Bəli, biz Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması barədə qanun qəbul etdik. Strategiyamız bundan ibarətdir ki, "bizi bir ay ərzində qəbul etməlisiniz" deyərək şantaj alətlərindən istifadə etməyəcəyik", - o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, hətta imtina halında belə ölkə islahatlardan fayda əldə edəcək. "Əgər Avropa İttifaqı bizi qəbul etmək qərarına gəlsə, bu, əla olacaq. Bu baş verməsə, biz yenə də qazanacağıq, çünki ən yüksək standartlara uyğun müasir ölkəyə çevriləcəyik", - bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax