Ermənistanın Baş naziri Nikol Paşinyan qonşu İran ətrafında cərəyan edən hadisələri və hərbi əməliyyatların başlamasından sonrakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Toplantıda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan mövcud durumla bağlı geniş məruzə ilə çıxış edib.
İclas zamanı iştirakçılar baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, insan tələfatı ilə bağlı başsağlığı veriblər.
Eyni zamanda, regionda sülhün qısa zamanda bərpa olunmasının zəruriliyi vurğulanıb.
Müzakirələrin yekununda Baş nazir aidiyyəti üzrə bir sıra tapşırıqlar verib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının tərkibinə daxil olmasalar da, iclasda prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da iştirak ediblər.