Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: Azərbaycanla işgüzar əlaqələr sülhün açarı olacaq

2 dəq
Paylaş:
Paşinyan: Azərbaycanla işgüzar əlaqələr sülhün açarı olacaq

Ermənistanın Nikol Paşinyan Azərbaycanla münasibətlərə dair yeni açıqlamalar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki proqramının təqdimatı zamanı bildirib ki, yaxın gələcəkdə arasında işgüzar əlaqələrin qurulacağına inanır.

qeyd edib ki, bu əlaqələr iki ölkə arasında sülhün təsis olunması üçün ən vacib vasitələrdən birinə çevrilə bilər.

Paşinyan vurğulayıb ki, sülh prosesi 2024-cü ildə Tavuş bölgəsində sərhədlərin demarkasiyası ilə başlayıb və sonrakı mərhələlərdə müxtəlif razılaşmalar və sənədlərlə davam etdirilib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası üzrə birgə komissiyaların fəaliyyəti artıq hüquqi baza qazanıb və bu sənədlər hər iki ölkənin hüquq sisteminin ayrılmaz hissəsinə çevrilib.

Baş nazir əlavə edib ki, sülhün daha da möhkəmləndirilməsi üçün demarkasiya prosesinin davam etdirilməsi, regional nəqliyyat xətlərinin açılması və sülh sazişinin yekun imzalanması əsas addımlar sırasındadır.

Paşinyan həmçinin qeyd edib ki, vətəndaş cəmiyyəti, biznes dairələri, ticarət, siyasi və humanitar sahələrdə sülhün qurulmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, artıq bəzi istiqamətlərdə irəliləyiş müşahidə olunur və Ermənistanla Azərbaycan arasında ticarət əlaqələri kiçik addımlarla formalaşmağa başlayıb.

Baş nazir sonda bildirib ki, işgüzar əlaqələrin yaxın zamanda qurulması sülh prosesinə ciddi təkan verə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax