Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan və Putin dəmir yolu layihələrini müzakirə etdilər

2 dəq
Paylaş:
Paşinyan və Putin dəmir yolu layihələrini müzakirə etdilər

Ermənistanın Nikol Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan danışıqlarda "Cənubi Dəmir Yolu" şirkətinin konsessiyası məsələsi müzakirə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə bu gün brifinqdə jurnalistlərə açıqlayıb.

"Bizim ətraflı söhbətimiz oldu, öz mövqelərimizi və baxışlarımızı bildirdik, eləcə də rusiyalı tərəfdaşlarımızın mövqelərini dinlədik", - deyə Nikol Paşinyan qeyd edib. O vurğulayıb ki, onların Rusiya ilə problemi yoxdur, dostluq münasibətlərini yüksək qiymətləndirirlər və heç bir şəkildə Rusiyanın maraqlarına zərər vurmaq istəmirlər. Həmçinin, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində məsələyə münasibət bildirmişdi. O qeyd etmişdi ki, "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax