Əsas məzmuna keç

Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib

Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək. Bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında...

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mərkəzi Bakıda yerləşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılmış "İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi"ndə əksini tapıb.

Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.

İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…