Paris-2024: Raman Saley finala vəsiqə qazanıb

Paris-2024: Raman Saley finala vəsiqə qazanıb
07.09.2024 12:57
Aa
dəq

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edib.

O, finişə 58.16 saniyəyə çatıb.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Həftənin ən çox oxunanları