Operativ Məlumat Mərkəzi

Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub - YENİLƏNİB

1 dəq
Paylaş:
Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub - YENİLƏNİB
50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib. Stadnik rəqibinə 3:4 hesabı...

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Stadnik rəqibinə 3:4 hesabı ilə uduzub. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər