Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə qarşılaşıb.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili sabah bürünc medal uğrunda yarışacaq.
Paris Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimizin çıxışları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.
Onun rəqibi monqolustanlı Muxtur Lxaqvaqerel olub. Rəqibinə 12:2 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala vəsiqə qazanıb.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.