Operativ Məlumat Mərkəzi

Paris-2024: Sənan Süleymanov yarımfinalda məğlub oldu - YENİLƏNİB

2 dəq
Paylaş:
Paris-2024: Sənan Süleymanov yarımfinalda məğlub oldu - YENİLƏNİB
77 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib. Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer...

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.

Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

***

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.

İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.

Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mknatsyan üzərində qələbə qazanmışdı.

***

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.

Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. S.Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər