Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı mübarizə aparacaq

Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı mübarizə aparacaq
02.09.2024 09:16
Aa
dəq

Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.

Bu yarışa Bakı vaxtı ilə 12:00-da start veriləcək.

Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Həftənin ən çox oxunanları

İdmançılarımız paralimpiadanı 11 medalla başa vurdular

İdmançılarımız paralimpiadanı 11 medalla başa vurdular
DAVAMIN OXU davamın oxu

Raman Saley paralimpiya üçüncüsü oldu

Raman Saley paralimpiya üçüncüsü oldu
DAVAMIN OXU davamın oxu

İlham Zəkiyev bürünc medal qazandı!

İlham Zəkiyev bürünc medal qazandı!
DAVAMIN OXU davamın oxu

Paris-2024: Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2

Paris-2024:  Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2
DAVAMIN OXU davamın oxu

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu