Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.
Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.
O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.
***
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.