Operativ Məlumat Mərkəzi

Paris-2024: Azərbaycan güləşçisi məğlub oldu, bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

2 dəq
Paylaş:
Paris-2024: Azərbaycan güləşçisi məğlub oldu, bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.

Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.

Qeyd edək ki, təmsilçimiz avqustun 6-da bürünc medal uğrunda görüşə çıxacaq.

***

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda estoniyalı Alimxan Sızdıkovla ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Şəriəti (4:0) yarımfinala yüksəlib.

***

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.

Bununla da idmançımız 1/4 finala yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər