Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 final oyununa çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda fransalı rəqibi Nqayap Hambu üz-üzə gəlib.
Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.
***
Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 finala yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşıb.
Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.