FHN: Sabirabaddakı yanğında zəhərlənən və xəsarət alan olmayıb - YENİLƏNİB

FHN: Sabirabaddakı yanğında zəhərlənən və xəsarət alan olmayıb - YENİLƏNİB
20.02.2023 10:02
Aa
dəq

Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində zəhərlənən və xəsarət alan olmayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

09:00 ***

Ötən gün axşam saatlarında Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.

"Report" xəbər verir ki, pambıq zavodunda yanğın söndürülən zaman FHN-nin tüstüdən zəhərlənən əməkdaşları bunlardır:

Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu (1999), İsayev Şamo Şakir oğlu (1990), Ağayev Elman Telman oğlu (1982), Axundzadə Nurlan Aydın oğlu (1991), Səmədov Rail Əflan oğlu (1982), Abdullayev Vüqar Əkbər oğlu (1988), Qubadov Vüsal Ramiz oğlu (1981), Teymurov Anar Şahin oğlu (1988), Nağıyev Əlimövsüm Adil oğlu (1982), Ağayev Ələsgər Möhlət oğlu (1984), Zeynalov Kənan Lazım oğlu (1995), Əliyev Murad Həsənağa oğlu (1986), Əsgərov Səftər Qəhrəman oğlu (1991), Vəliyev Rəşad Nəbi oğlu (1982), Zeynalov Şəmistan Namiq oğlu (1993), habelə Neftçala sakini Həbibov Tərlan Adbalaoğlu (1991), Hacıqabul sakini Rəhimov Feyruz Firuz oğludur (1983).

Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

20:23***

Sabirabadda yanğının baş verdiyi pambıq zavodunda təhlükəsizlik tədbirləri görülür.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-yə verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.

Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.

18:35 ***

Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu