Pakistanın şimal-şərqində zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Dawn" qəzeti ölkənin Meteorologiya Departamentinin məlumatlarına istinadən xəbər verir ki, yeraltı təkanlar paytaxt və respublikanın bəzi iri şəhərlərinin sakinləri tərəfindən hiss olunub.
Nəşrin məlumatına görə, zəlzələnin gücü 6,0 bal olub.
Yeraltı təkanlar İslamabad, Lahor və Xayber-Paxtunxvanın bəzi bölgələrində və onun ətrafında hiss olunub.