Əsas məzmuna keç

Pakistanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Pakistanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi...

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Assosiasiyası tərəfindən təşkil olunan xeyriyyə bazarında iştirak edib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirdə bir sıra xarici dövlətlərin Pakistandakı səfirlikləri və yerli iştirak ediblər.

Səfirliyin stendində Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən tarixini və mədəniyyətini təcəssüm etdirən suvenirlər nümayiş etdirilib.

Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın naziri Cəlil Abbas Gilani və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, Azərbaycanın milli mətbəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar.

Xeyriyyə bazarında Azərbaycan səfirliyinin stendindən əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…