Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək
13.06.2023 18:05
Aa
dəq

Pakistanın Baş naziri Şahbaz Şərif sabah Azərbaycana səfərə gələcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Pakistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq:

"Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir".

Qeyd edilib ki, səfər zamanı Pakistanın Baş naziri ticarət, investisiya və enerji sahələri daxil olmaqla, Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək: "Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu