Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çinə səfərə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, o, Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq.
Məlumatda həmçinin Ş.Mirziyoyevin mayın 19-da keçiriləcək Mərkəzi Asiya-Çin sammitində iştirak edəcəyi bildirilib.
Vurğulanıb ki, Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçiriləcək sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin də iştirakı nəzərdə tutulub.