Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

5 kiloqramdan artıq metamfetaminin tranziti dayandırıldı

2 dəq
Paylaş:
5 kiloqramdan artıq metamfetaminin tranziti dayandırıldı

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Sədərək" gömrük postunda ələ keçirilib. Yükün ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən vasitəsində daşındığı müəyyən olunub.

"X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paket tapılıb. Paketlərdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax