Əsas məzmuna keç

Ötən tədris ilində Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb

Ötən tədris ilində Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb

2022-2023-cü ili ərzində Bakı Şəhəri üzrə İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra direktorlarının iş yerləri dəyişdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xidmətindən məlumat verilib.

Bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.

149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…