Operativ Məlumat Mərkəzi

Ötən həftə azad olunan ərazilərdə 187 mina zərərsizləşdirilib

1 dəq
Paylaş:
Ötən həftə azad olunan ərazilərdə 187 mina zərərsizləşdirilib
bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik...

Azad olunan ərazilərdə iyunun 17-23-də 108 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 204 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən 946.3 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər