Ötən ay 7,7 faiz artımla elektrik enerjisi istehsal edilib

Ötən ay 7,7 faiz artımla elektrik enerjisi istehsal edilib
14.02.2023 12:50
Aa
dəq

Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 mln. kVt·st, yəni 7,7% artaraq 2 755,9 mln. kVt·st olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 210,1 mln. kVt·st artaraq 2 664,7 mln. kVt·st, SES-lərdə 13,5 mln. kVt·st azalaraq 67,2 mln. kVt·st təşkil edib. Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 24,06 mln. kVt·st olub. Ay ərzində külək elektrik stansiyalarında 0,78 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,93 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 523,5 mln. kVt·st (İES-lərdə 2 460,0 mln. kVt·st, SES-lərdə 63,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 mln. kV·st (İES-lərdə 21,98 mln. kVt·st, SES-lərdə 3,24 mln. kVt·st, Günəş ES-də 3,63 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4 min kVt·st, müstəqil elektrik stansiyaları üzrə 203,5 mln. kVt·st təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st, ixracı isə 512,6  mln. kVt·st olub.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu