Operativ Məlumat Mərkəzi

Mehdiabaddan “28 May” metrosuna tramvay xətti çəkiləcək

2 dəq
Paylaş:
Mehdiabaddan “28 May” metrosuna tramvay xətti çəkiləcək

qəsəbəsindən “28 May” metrostansiyasına qədər xəttinin ilə bağlı layihələndirmə işləri aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Yerüstü Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tramvay xəttinin bərpası istiqamətində mühüm hazırlıq işləri görülüb:

“Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb, layihələndirmə üzrə işlər isə hazırda icra olunur. Tramvay xəttinin keçəcəyi marşrut nəzərə alınaraq, ‘Sea Breeze’ ərazisində yolun en kəsiyinin forması da razılaşdırılıb”.

Qeyd edək ki, layihənin icrası Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatın əlçatanlığının artırılması, avtomobil sıxlığının azaldılması və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılması məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax