Əsas məzmuna keç

“Orta Asiya dövlətlərindən Azərbaycana böyük maraq var” – Politoloq

“Orta Asiya dövlətlərindən Azərbaycana böyük maraq var” – Politoloq

“Prezident İlham Əliyevin Tacikistana səfəri iki tərəfli əlaqələri daha da möhkəmləndirəcək” Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“ İlham Əliyevin Tacikistana səfəri iki tərəfli əlaqələri daha da möhkəmləndirəcək”

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında İlyas Hüseynov bildirib.

Hazırkı dönəmdə ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən İlyas Hüseynov bildirib ki, Vətən Müharibəsindən sonra, xüsusilə əlaqələrdə intensivlik müşahidə edilməkdədir:

“Azərbaycanla Məkəzi dövlətləri arasında hazırkı dönəmdə əlaqələr sürətlə inkişaf edir və cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə çox uğurlu səfərləri olub. Eyni zamanda, Azərbaycana olan marağıda biz Orta Asiyada olan dövlətlərdən görürük. Azərbaycan-Tacikistan münasibətləri bu gün də inkişaf dövrünü yaşayır. Vətən müharibəsindən sonra əlaqələrdə intensivlik müşahidə edilməkdədir.

Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında keyfiyyətcə yeni münasibətlər sisteminin formalaşmasına gətirib çıxaracaq. Çünki imzalanmış sənədlər əlaqələrin inkişaf tempinə müsbət yöndə təsir göstərəcək. Xüsusilə qeyd etmək lazımdır ki, Orta dəhliz ideasının reallaşdırılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Mərkəzi Asiya dövlətləri ilə Avropa arasında olan əlaqəni formalaşdırır və bu əlaqələrdə həlledici rola malikdir. Bizim mühüm geostrateji mövqeyimiz, Xəzər hövzəsində yerləşməyimiz və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında, ardınca isə Avropaya uzanan yolda çox önəmli halqanı təşkil edir. Bu baxımdan düşünürəm ki, ticari-iqtisadi, nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri çox yüksəkdir və bu əlaqələr həm də həlledici faktor kimi böyük bir coğrafiyada amil kimi dəyərləndirilir”.

Məlik Məlikov

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…