Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Orion kosmik gəmisi Yer orbitini tərk edərək Aya doğru yola düşdü

2 dəq
Paylaş:
Orion kosmik gəmisi Yer orbitini tərk edərək Aya doğru yola düşdü

gəmisi Yer kürəsinin orbitindən çıxaraq Aya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası () məlumat yayıb.

Xəbərdə bildirilir ki, II missiyasının bir hissəsi olaraq kosmosa buraxılan Orion kosmik gəmisi planlaşdırıldığı kimi Şərq Sahil Vaxtı ilə saat 19:49-da əsas mühərrikini işə salaraq sürət verən “trans-ay inyeksiyası” əməliyyatını həyata keçirib. Kosmik gəmi Yer kürəsinin ətrafında 24 saatlıq elliptik orbitdə qalıb və artıq rəsmi olaraq Aya yola düşüb.

BBC-nin məlumatına görə, Orion layihə meneceri Howard Hu CO2 təmizləmə sisteminin gözlənildiyi kimi və hətta gözləntiləri aşaraq işlədiyini bildirib, bu sistem astronavtlara təmiz hava, nəfəs alma və temperatur idarəsini təmin edir.

Missiyanın heyətində NASA astronavtları Reid Viseman, Victor Qlover və Kristina Koç, həmçinin Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Ceremi Hansen yer alır. Missiyanın 6-cı günündə Orion kosmik gəmisi Ayın yaxınlığından uçacaq.

Missiyanın təxminən 10 gün davam etməsi, astronavtların Ay ətrafında fırlanması və sonra Yerə qayıtması planlaşdırılır. Artemis II ABŞ-ın yeni Ay proqramının ikinci mərhələsidir; 2022-ci ildə Artemis I pilotsuz şəkildə buraxılmışdı. Bu, 53 ildən sonra Aya ilk insanlı uçuşdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax