Operativ Məlumat Mərkəzi

Orban: Avropa müharibə yolundadır

1 dəq
Paylaş:
Orban: Avropa müharibə yolundadır
bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. O, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagy ilə görüşü zamanı deyib: “Biz...

"Avropa Birliyi müharibə yolundadır və iqtisadiyyatını müharibə vəziyyətinə gətirir, lakin Macarıstan fərqli bir kurs izləməyi planlaşdırır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

O, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagy ilə görüşü zamanı deyib: “Biz Avropanın müharibə yolunda olduğunu görürük.

Orban hesab edir ki, Aİ liderləri iqtisadiyyatın militarizasiyası vasitəsilə bütün gücü öz əllərində cəmləşdirməyə və Ukraynaya hərbi dəstəyi davam etdirməyə çalışırlar.

Onun sözlərinə görə, Avropa planı “1 milyonluq Ukrayna ordusunun saxlanmasını və Aİ-nin yeni yeddiillik büdcəsinin 20-25%-ni onun xeyrinə istifadə etməyi” nəzərdə tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər