Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DTX-dən əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi

2 dəq
Paylaş:
DTX-dən əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və -axtarış tədbirləri çərçivəsində 2009-cu ildən axtarışa verilmiş Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə