Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

OpenAI ABŞ hökumətinə səhmlərinin 5 faizini verməyi müzakirə edir

3 dəq
Paylaş:
OpenAI ABŞ hökumətinə səhmlərinin 5 faizini verməyi müzakirə edir

"ChatGPT"nin yaradıcısı "" şirkəti səhmlərinin 5 faizinin ABŞ hökumətinə verilməsi ilə bağlı ilkin danışıqlara başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Financial Times"ın mənbələrə istinadən yaydığı məlumata görə, "OpenAI" oxşar addımın ölkənin digər iri şirkətləri tərəfindən də atılmasını təklif edir.

Şirkətin baş direktoru Sem və rəhbərlik hesab edir ki, aparıcı süni intellekt şirkətlərinin səhmlərinin 5 faizi Alyaska Daimi Fonduna bənzər dövlət suveren sərvət fonduna ötürülməlidir. Məqsəd süni intellektin yaratdığı iqtisadi artımdan bütün ABŞ vətəndaşlarının faydalanmasını təmin etməkdir.

Neft gəlirlərini səhmlərə yatıraraq ştat sakinlərinə dividend ödəyən Alyaska modeli nümunə kimi göstərilir. Lakin "Anthropic", "Google" və "Meta" kimi digər texnologiya nəhənglərinin bu təşəbbüsü dəstəkləyib-dəstəkləməyəcəyi hələ məlum deyil.

Bu təklif ABŞ hökumətinin süni intellekt şirkətlərinə qarşı milli tələblərini sərtləşdirdiyi dövrə təsadüf edir. Bu yaxınlarda "Anthropic" hökumətin xarici vətəndaşların çıxışına məhdudiyyət qoyulması barədə göstərişindən sonra ən yeni süni intellekt modelinin istifadəsini müvəqqəti dayandırmışdı.

Məlumata görə, "OpenAI" rəhbərliyi bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald , ticarət naziri Hovard Latnik və maliyyə naziri Skott Bessentlə də görüşlər keçirib. Danışıqların hələ ideya mərhələsində olduğu və belə bir razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Konqresinin təsdiqinin tələb oluna biləcəyi bildirilir.

Analitiklərin proqnozlarına görə, gələcəkdə bazar dəyəri 1 trilyon dolları ötə biləcək "OpenAI" və "Anthropic" ABŞ fond bazarında ilkin kütləvi səhmləşməyə (IPO) hazırlaşır.

"OpenAI" daha əvvəl dərc etdiyi siyasət sənədlərində maliyyə bazarlarında investisiyası olmayan vətəndaşların da süni intellektdən əldə olunan iqtisadi qazancdan faydalanması üçün dövlət sərvət fondunun yaradılmasını təklif etmişdi.

Bundan əlavə, Sem Altmanın iri süni intellekt şirkətlərinin səhmlərinə birdəfəlik 50 faiz vergi tətbiq olunaraq müstəqil komissiya tərəfindən idarə ediləcək suveren sərvət fondunun yaradılması ideyasını müdafiə edən demokrat senator Berni Sanderslə də bu mövzuda müzakirələr apardığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax