Əsas məzmuna keç

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, yağan qarın hündürlüyü...

Ölkə ərazisində yağıntılı müşahidə olunub, dağlıq rayonlara qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda 8, , Şuşada 7, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə 5, Xankəndi, Şərur, Gədəbəydə 3, Göygöl, Qusarda 2, Xocalı, Şəki, Zaqatala, , Naxçıvanda 1 sm olub.

Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə 7, Ağsuda 6, İmişli, Sabirabadda 5, İsmayıllı, Zərdabda 4, Göyçay, , Biləsuvar, Lənkəranda 2, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada 1, Bakıda və yarımadasında isə 9 mm-dək olub.

Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…