Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - Xəbərdarlıq

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - Xəbərdarlıq
21.06.2024 22:07
Aa
dəq

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 21:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev bildirib ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.

A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib: "Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

Həftənin ən çox oxunanları

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ!

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ!
DAVAMIN OXU davamın oxu

Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA

Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bakıda 26 dərəcə isti olacaq, rayonlara yağış, qar yağacaq - PROQNOZ

Bakıda 26 dərəcə isti olacaq, rayonlara yağış, qar yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu

"Sentyabrın 28-i gündüzədək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!

DAVAMIN OXU davamın oxu