Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İstilik qurğularının quraşdırılması qaydaları rəsmən təsdiqləndi

3 dəq
Paylaş:
İstilik qurğularının quraşdırılması qaydaları rəsmən təsdiqləndi

Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının quraşdırılması Qaydaları"nı təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Sənədə əsasən, qazanxana qurğularının quraşdırılmasına dair aşağıdakılardır:

-qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı;

- qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli;

- qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli;

- qazanxanalarda , qaz, isitmə və ventilyasiya qurğularının, su kəmərləri və kanalizasiya sistemlərinin birləşmələrinin kənar təsirlərdən qorunması və məsafələrinin saxlanılması Nazirlər Kabinetinin , Energetika Nazirliyinin Kollegiyasının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun olaraq təmin edilməli;

-qazanxana qurğularının işə salınmasından əvvəl tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır.

Bundan başqa, qazanxanaların su kəmərləri və kanalizasiya sisteminin quraşdırılmasına dair tələblər aşağıdakılardır:

- qazanxanaların su kəmərləri və kanalizasiya sistemi layihə sənədlərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun quraşdırılmalı;

- borular, armaturlar və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı;

- boruların diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan hidravlik göstəricilərin tələblərinə uyğun olmalı;

- borularının daxili səthi maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;

- quraşdırma zamanı boruların keçdiyi yerlərdə konstruksiyalar yanmayan materiallarla izolyasiya edilməli, elektrik kabellərindən "Elektrik qurğularının quraşdırılması Qaydaları" ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli;

- sistemin istismarı və texniki üçün baxış quyuları, təmizləmə qapaqları (lyuklar) və layihədə nəzərdə tutulmuş digər avadanlıqlar quraşdırılmalı;

- quraşdırmadan sonra birləşmələr sızmaya qarşı kiplik sınaqlarından keçirilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax