Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“DataRace” platformasının ilk yarışının qalibləri bəlli oldu – FOTO

3 dəq
Paylaş:
“DataRace” platformasının ilk yarışının qalibləri bəlli oldu – FOTO

AZCON şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı “” platformasının “Apar”ın tərəfdaşlığı ilə keçirilən ilk yarışının qalibləri rəsmi mükafatlandırma mərasimində açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yekun nəticələrə əsasən Əli Məhərrəmli birinci yeri tutaraq 3000 manat, Elnur Mirzəzadə ikinci yeri tutaraq 2000 manat, Nural Şükürlü isə üçüncü yeri tutaraq 1000 manat pul mükafatı qazanıb.

“DataRace” Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş “ sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” istiqamətinin icrasına töhfə vermək məqsədilə yaradılıb. Platforma Süni İntellekt (Sİ) və data sahəsində istedadları real sektor çağırışları ilə bir araya gətirərək onların bilik və bacarıqlarının praktik problemlərin həllinə yönəldilməsi üçün mühit formalaşdırır.

“DataRace” modeli çərçivəsində biznes və dövlət qurumlarının real çağırışları Sİ və data istedadlarına təqdim olunur. İştirakçılar həmin problemlər üzrə müxtəlif yanaşmalar hazırlayır, çağırış sahibi isə fərqli həlləri müqayisə etmək və perspektivli yanaşmaları müəyyənləşdirmək imkanı əldə edir.

İlk yarış “Apar”ın real biznes ehtiyacı əsasında müəyyən edilmiş “İstifadəçi Rəylərinin Təsnifatı” (User Feedback Classification) mövzusuna həsr olunub.

İştirakçılar böyük həcmdə istifadəçi rəylərinin avtomatik təhlili və kateqoriyalaşdırılması üzrə süni intellekt yanaşmaları hazırlayıblar. Yarışa ümumilikdə 600 nəfər maraq göstərib, 300-dən çox iştirakçı isə öz yanaşmasını təqdim edib.

Mükafatlandırma mərasimində dövlət və özəl sektorun nümayəndələri, innovasiya, süni intellekt, texnologiya, İKT və rəqəmsal transformasiya üzrə rəhbərlər, insan resursları liderləri, eləcə də Sİ və data mütəxəssisləri iştirak ediblər. Tədbirdə istedadların real sektor ehtiyacları ilə əlaqələndirilməsi və biznes, dövlət və texnologiya ekosistemi arasında imkanları müzakirə olunub.

Yarışın yekun nəticələrinə əsasən Əli Məhərrəmli birinci yeri tutaraq 3000 manat, Elnur Mirzəzadə ikinci yeri tutaraq 2000 manat, Nural Şükürlü isə üçüncü yeri tutaraq 1000 manat pul mükafatı qazanıb.

“DataRace”in növbəti mərhələsində müxtəlif sektorların real çağırışları əsasında yeni yarışların elan olunması və tərəfdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Platforma bununla Sİ istedadlarının praktik bacarıqlarının inkişafına və real sektor problemləri üzrə yeni yanaşmaların formalaşmasına töhfə verməyə davam edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə