Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) rəsmi tarixi açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə isə iyunun 7-si olacaq.
Həmçinin, coğrafiya fənni üzrə əlavə imtahan da iyunun 7-də keçiriləcək.
Qeyd edək ki, qəbul imtahanında iştirak üçün bu gündən başlayan qeydiyyat prosesi aprelin 29-dək davam edəcək.