Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın xarici borcu açıqlandı

1 dəq
Paylaş:
Azərbaycanın xarici borcu açıqlandı

Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon dolları etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH ( Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.

Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax