Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BƏƏ İrana zərbə endirib: Lavan adasındakı neft zavodu vurulub

2 dəq
Paylaş:
BƏƏ İrana zərbə endirib: Lavan adasındakı neft zavodu vurulub

Birləşmiş Ərəb Əmirlikləri atəşkəs elan olunan vaxtda İrana qarşı hücum həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədəAmerikanın "The Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Əbu-Dabinin hədəflərindən biri İranın Fars körfəzində Lavan adasındakı emalı zavodu olub.

Bildirilir ki, BƏƏ bu barədə ictimaiyyətə verməyib.

WSJ qeyd edir ki, hücum və İran arasında atəşkəs elan olunduğu dövrdə baş versə də, Vaşinqton tərəfindən mənfi reaksiya ilə qarşılanmayıb. Nəşrin iddiasına görə, ABŞ administrasiyası BƏƏ-nin münaqişəyə qoşulmasını gizli şəkildə dəstəkləyib.

Məqalədə həmçinin vurğulanır ki, BƏƏ silahlı qüvvələri Qərb istehsalı olan müasir qırıcı təyyarələr və müşahidə sistemləri ilə yaxşı təchiz edilib.

İran və BƏƏ rəsmiləri isə hələlik yayılan məlumatlarla bağlı rəsmi açıqlama verməyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax