Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyada NEZ-lər PUA hücumuna məruz qaldı: Yanğınlar başlayıb

2 dəq
Paylaş:
Rusiyada NEZ-lər PUA hücumuna məruz qaldı: Yanğınlar başlayıb

avqustun 8-nə keçən gecə Rusiyadakı İlsk və neft emalı zavodlarına (NEZ) hücum edib, nəticədə hər iki müəssisədə yanğın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RBK-Ukrayna", Krasnodar diyarının operativ qərargahı və Federasiyası Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev teleqram kanalında məlumat yayıb.

"Pilotsuz uçuş aparatının () qalıqlarının düşməsi səbəbindən İlsk NEZ-də yanğın baş verib. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb", - regionun operativ qərargahının məlumatında bildirilib.

Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisə yerində operativ xidmətlər işləyir.

"RBK-Ukrayna"nın məlumatına görə, Rusiya Federasiyasının Samara vilayətindəki Sızran NEZ də zərbəyə qalıb.

Regionun qubernatoru Vyaçeslav Fedorişev təsdiqləyib ki, bu gecə vilayətin sənaye müəssisələrindən biri Ukrayna PUA-sının hücumuna məruz qalıb.

"Hazırda fəsadların aradan qaldırılması davam edir. Operativ xidmətlər PUA-nın düşdüyü yerdə işləyir. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir", - o yazıb.

Operativ xidmətlər hücumun fəsadlarını aradan qaldırmağa davam edir. Hadisənin şəraiti və zədələnmələrin miqyası dəqiqləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax