Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb
26.11.2023 12:30
Aa
dəq

Noyabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15° isti, gündüz 15-20° isti olacaq.

Noyabrın 27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Həftənin ən çox oxunanları

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU
DAVAMIN OXU davamın oxu

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu