Operativ Məlumat Mərkəzi

Növbəti iki günün hava şəraiti açıqlanıb

1 dəq
Paylaş:
Növbəti iki günün hava şəraiti açıqlanıb
İyunun 6-7-də Azərbaycanda müşahidə ediləcək maksimal temperatur açıqlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya...

İyunun 6-7-də Azərbaycanda müşahidə ediləcək maksimal temperatur açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sözügedən tarixlərdə havanın maksimal temperaturunun 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın maksimal temperaturunun Naxçıvan MR və aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°isti, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər