Bu gün dünyada milyonlarla telefonu, kompüteri və hətta elektrik avtomobilini enerji ilə təmin edən "litdüium-ion" batareyalarının ixtiraçısı, Nobel mükafatı laureatı Con Qudenof vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Nobel mükafatı alan ən yaşlı insan Con Qudenof 101 yaşında vəfat edib .
Con Qudenof kimya üzrə 2019-cu il Nobel mükafatını alanda 97 yaşında idi və bu, onu indiyə qədər Nobel mükafatı alan ən yaşlı insan edib.