Venesuelanın sabiq prezidenti Nikolas Maduro ABŞ-nin Nyu-York ştatındakı məhkəməyə müraciət edərək, ona qarşı açılmış cinayət işinə xitam verilməsini tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Maduronun vəkilləri müvəkkillərinin suveren dövlət başçısı olduğunu və bu səbəbdən ABŞ-nin yurisdiksiyasına tabe olmadığını bildiriblər.
Çərşənbə günü təqdim olunan məhkəmə sənədində qeyd olunur ki, "Bolivar Respublikası Venesuela" tərəfindən ölkənin rəhbəri kimi tanınan şəxsə qarşı bu cür ittihamların irəli sürülməsi hüquqi əsaslara malik deyil.
Nyu-York Federal Prokurorluğu Nikolas Maduronu terrorçu təşkilatlarla əməkdaşlıqda və iyirmi beş ildən çox müddətdə dövlət vəzifələrində çalışarkən qanunsuz yollarla varlanmaqda ittiham edir.
Xatırladaq ki, cari ilin 3 yanvar tarixində ABŞ hüquq-mühafizə orqanları xüsusi hərbi əməliyyat nəticəsində Maduro və həyat yoldaşı Siliya Floresi saxlayaraq ölkədən çıxarıblar.
Məhkəmə prosesinin 2027-ci il iyunun 1-dən etibarən başlayacağı gözlənilir.