Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Armenpress” yayıb.
N.Paşinyanı Tbilisinin Şota Rustaveli Hava Limanında Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.
11:20 ***
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, baş nazirlərin təkbətək görüşündən sonra Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Görüşlərin sonunda hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.