Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında hökumətin istefası ilə bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan yeni parlamentin fəaliyyətə başlaması ilə əlaqədar hazırkı hökumətin istefa verəcəyini bildirib.
Baş nazir qeyd edib ki, keçirilən iclas 9-cu çağırış Milli Məclisin fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabinetinin son toplantısıdır.
Ermənistan Konstitusiyasına əsasən, hökumətin istefası prosedur xarakteri daşıyır. İstefadan sonra parlament çoxluğu tərəfindən irəli sürülən namizəd prezident tərəfindən Baş nazir vəzifəsinə təyin edilməlidir.
Qeyd edək ki, Ermənistanın yeni Milli Məclisinin avqustun 2-də fəaliyyətə başlayacağı gözlənilir. Yeni parlamentin tərkibi ölkənin növbəti hökumətinin formalaşdırılmasında əsas rol oynayacaq.