Əsas məzmuna keç

Nikaha dair prosedurlar dəyişir

Nikaha dair prosedurlar dəyişir

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə qətnaməsindən dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…