Nigeriyanın Kanduna vilayətində naməlum xəstəlik yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda yerli media məlumat verib.
Nigeriyada həyacan təbilinə səbəb olan bu xəstəlikdən 5 nəfər dünyasını dəyişib. Əlavə olaraq 10 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilsə də səhətləri haqqında tam məlumat verilməyib.
Xatırladaq ki, xəstəxanaya yerləşdirilənlərdə görünən ilkin əlamətlərin ürəkbulanma və öksürək olduğu deyilib.